Badamdar sürüşmə zonasındakı   çatlar genişlənib 
    
                          
     
                         25.10.2018
 
    
                        Bakının Səbail rayonunun Badamdar sürüşmə zonasındakı çatlarda nisbi genişlənmə olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.
Sürüşmənin yuxarı hissəsində uçqun, töküntü prosesləri davam edir. Sağ və sol hissədə olan çatlarda nisbi genişlənmə qeydə alınıb. Həmçinin yuxarı hissədə yerləşən yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.