27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna bu əraziləri azad edib

28.12.2022

Ukrayna ordusu Luqansk vilayətinin Svatovo-Kremennoy istiqamətində ciddi irəliləyişlər əldə edib.

"DM" xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

İnstitut rusiyalı hərbi blogerlərə istinad edərək ki, bildirib ki, Ukrayna ordusu Kremennoydan 5 km aralıda yerləşən Çervonopakovkadakı rus mövqelərini ələ keçirib.

İnstitutun məlumatına görə, Ukrayna hərbçiləri ehtimal ki, Xarkov vilayətinin Dvuxriçnıy, Novomlinsk, Taviljanka və Luqansk vilayətinin Kolomiyçixa yaşayış məntəqələrini azad ediblər.

Qeyd edilib ki, bu yaşayış məntəqələrinin azad edilməsi rus bvə ukraynalı hərbi jurnalistlər tərəfindən də təsdiq olunub.