27 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bayramov: “Qarabağda yataqların monitorinqinin baş tutmaması təxribat idi"

27.12.2022

"Rusiya xarici işlər naziri ilə son görüşdə, mətbuat konfransında Azərbaycan tərəfinin Laçın yolu ilə bağlı mövqeyini çatdırdım”.

"DM" xəbər verir ki, bunu bu gün 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Ceyhun Bayramov deyib ki, mətbuat konfransında ikitərəfli görüş zamanı qarşı tərəflərin cavabının detallı çatdırılması yaxşı olmazdı: "Azərbaycan nümayəndələrinin iştirakı ilə Qarabağda yataqların monitorinqinin baş tutmamasına gəlincə, bildirilib ki, buna yerli əhali mane olub. Bu, özünü yerli qurumların rəhbəri elan etmiş şəxslərin təxribatı idi. Bu, yolverilməzdir, qurama bir işdir. Düşünürdülər ki, bu addımla nəsə əldə edəcəklər.

Azərbaycan dövləti uzun müddət səbirlə yataqlarda monitorinq aparılması istiqamətində iş aparırdı. Bu nəticə vermədiyi təqdirdə ekoloqlarımız belə aksiyaya start verdilər. Bu, onların hüquqlarıdır və bu hüquqdan istifadə edirlər”