07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərəb jurnalistlər Cocuq Mərcanlıya SƏFƏR EDİBLƏR

24.10.2018

"Dövran Media"  "Report"a istinadən xəbər verir ki, Ərəb ölkələrinin media təmsilçiləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər.
 İslam Ölkələri İnformasiya Agentlikləri İttifaqının nümayəndə heyətini Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müşayiət edib.
Jurnalistlər əvvəlcə Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbində olublar. Kənd haqqında ətraflı məlumat alan xarici media nümayəndələrinə bildirilib ki, Qarabağ müharibəsi dövründə bir neçə ay işğalda qalan Cocuq Mərcanlı 1994-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. 2106-cı ildə, aprel döyüşləri zamanı Lələ Təpə yüksəkliyinin işğaldan azad edilməsi ilə kənd təhlükədən qurtulub. Bundan sonra Prezident İlham Əliyevin sərəncamı ilə Cocuq Mərcanlı yenidən bərpa edilib. 150 ev tikilib, məcburi köçkün həyatı yaşayan ailələr öz doğma kəndlərinə köçürülüb.