02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan sülhməramlılardan Putinə şikayət edib

27.12.2022

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşdə Qarabağda olan sülhməramlılardan şikayət edib.

"DM" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat verib.

Paşinyan artıq tarixə çevrilən Qarabağ münaqişəsini İrəvanın "ən kəskin problemi” adlandırıb.

O bildirib ki, Laçın dəhlizi üçtərəfli razılaşmaya görə Rusiya sülhməramlılarının nəzarətində olmalıdır. Azərbaycan da dəhlizdən yüklərin və sərnişinlərin maneəsiz keçməsinə zəmanət verib.

"İndi isə məlum olur ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarəti altında deyil. Təbii ki, mən bu vəziyyəti və hansı variantların olduğunu müzakirə etmək istərdim”, - Paşinyan vurğulayıb.