29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyevə təbriklər gəlməkdə davam edir

27.12.2022

Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının baş katibi Andrey Belyaninov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Prezident.az xəbər verir ki, məktubda deyilir:

"Doğum gününüz münasibətilə Sizi Həmkarlar İttifaqları Ümumi Konfederasiyası adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikasının bu gün cəmiyyətin bütün sahələrində müşahidə etdiyimiz sanballı nailiyyətləri əməksevər xalqınızın quruculuq və yaradıcılıq, ölkənin istehsal və elmi potensialının daim təkmilləşməsinin nəticəsidir.

Bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Bu tarixi inkişafın əldə edilməsində Sizin – xalqın həqiqi liderinin çox böyük rolu var. Dövlətçiliyin möhkəmləndirilməsi, ümdə sosial problemlərin səmərəli həlli Sizə ölkə vətəndaşlarının geniş dəstəyini qazandırıb. Onlar özlərinin və övladlarının gələcəyinə görə rahatdırlar və öz Prezidentlərinə tam etimad bəsləyirlər.

Ölkədə səmərəli sosial dialoq sistemi fəaliyyət göstərir, əməkçilərin və əmək kollektivlərinin hüquq və azadlıqlarının etibarlı təminatı yaradılıb. Bu, demokratik təsisatların yüksək dərəcədə inkişafına dəlalət edir.

Bu xoş fürsətdən istifadə edərək, həmkarlar ittifaqları hərəkatının fəaliyyətinə yetirdiyiniz daimi diqqətə görə Sizə səmimi təşəkkürümü bildirmək istərdim.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, əmin-amanlıq və Vətən naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

"Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin də Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda  deyilir:

"Doğum gününüz münasibətilə "Mir” Dövlətlərarası Teleradio Şirkətinin kollektivi adından və öz adımdan ən səmimi təbriklərimi qəbul edin.

İcazə verin, Sizə möhkəm cansağlığı, ruh yüksəkliyi və ali dövləti fəaliyyətinizdə uğurlar diləyim.

Sizə və yaxınlarınıza uzun ömür, əmin-amanlıq, ən xoş günlər diləyirəm”.