28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-də sərnişin təyyarəsində yanğın baş verib

27.12.2022

ABŞ-də Nyu-Yorkun Con Kennedi Beynəlxalq Hava Limanında sərnişinləri düşürməyə hazırlaşan təyyarədə yanğın baş verib.

"JetBlue” təyyarəsində enmə qapısına doğru irəliləyərkən sərnişinin notbukunun batareyası partlayıb. Uçuş heyəti dərhal yanğını söndürməyə başlayıb. Şahidlərin sözlərinə görə, təyyarənin kapitanı dərhal onlara köməyə gəlib və yanğını söndürməyə kömək edib.

Xilasedicilər və təyyarənin heyəti fövqəladə eniş sistemindən istifadə etməklə 67 sərnişini təxliyə ediblər, daha 60 nəfər özü təyyarəni tərk edib. Hadisə nəticəsində 7 nəfər tüstüdən zəhərlənib və yüngül xəsarətlər alıblar.

Mənbə: Mirror