29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək?

27.12.2022

Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, soyuq yer səthi üzərində nisbətən isti hava kütlələrinin üfüqi istiqamətdə hərəkət etməsi isti havanın tərkibində olan su buxarının soyuq səthə toxunaraq kondensasiya olunmasına səbəb olur. Bu da yerüstü təbəqədə dumanın əmələ gəlməsinə şərait yaradır.

"Dumanlı hava şəraiti ilə əlaqədar Naxçıvan, Şərur, Naftalan, Şəmkir, Ağdam, Tovuz, Qəbələ, Şəki, Balakən, Şamaxı, Qobustan, Qusar, Xaltan, Tərtər, Bərdə, Yevlax, Göyçay, Zərdab, Beyləqan, Hacıqabul, Biləsuvar, Cəfərxan, Lənkəran və Lerikdə görünüş məsafəsi 300-800 metr, Gəncədə isə 50 metrədək məhdudlaşıb”.

Gülşad Məmmədovanın sözlərinə görə, dumanlı hava şəraitinin bəzi rayonlarda həftəsonunadək fasilələrlə davam edəcəyi gözlənilir.