29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mask İran üzərindəki peyklərini aktivləşdirib

27.12.2022

"SpeysX” şirkətinin İran üzərində 100-ə yaxın aktiv "Starlink” rabitə peyki var.

"DM" xəbər verir ki, bunu "SpeysX” şirkətinin rəhbəri İlon Mask deyib.

"Röyters” agentliyi bildirib ki, Maskın planlarına təkcə əlavə bazar yox, həm də siyasi motivlər daxildir.

"Bu ilin sentyabrında milyarder bildirmişdi ki, İrana internet azadlığını və sərbəst məlumat axınını təşviq etmək üçün "Starlink” lazımdır. Mask həmçinin bildirib ki, o, İranda "Starlink”in işini təmin etmək üçün ABŞ rəsmilərindən sanksiyalardan yayınmaqla bağlı icazə istəyib”, - agentlik bildirib.

Hələlik şirkətin İranda terminallarının olması və onların İrana necə gətirilməsi barədə məlumat yoxdur.