29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Baş Gömrük İdarəsi rəisi vəzifəsindən azad edilib

27.12.2022

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Mehman Sadıqov vəzifəsindən azad edilib.

"Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Hələlik Mehman Sadıqovun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Mehman Sadıqov Komitənin sabiq sədri Səfər Mehdiyevin əmri ilə bu ilin yanvar ayında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilib.