29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Güney Azərbaycanda boya zavodunda partlayış olub

26.12.2022

Dekabrın 26-da Güney Azərbaycanın Tufarqan şəhərində (hazırkı adı Azərşəhrdir) boya zavodunda baş verən partlayış nəticəsində 54 nəfər yaralanıb.

"DM” "Tasnim”ə istinadən bildirir ki, bu barədə Qızıl Aypara Cəmiyyətinin yerli idarəsi məlumat yayıb.

Hadisə Tufarqanın Səlimi qəsəbəsində yerləşən "Atlas Foam Sahənd Industries" şirkətinin müəssisəsində qeydə alınıb.

Yaralananlardan 10-nun vəziyyəti ağırdır.

Partlayış yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub.

Qeyd edək ki, Tufarqan şəhəri Təbrizdən 60 kilometr cənub-qərbdə və Urmiya gölünün şərqində, Səhənd dağının qərbində yerləşir.