29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda ilk: Türk festivalı keçiriləcək

26.12.2022

İranda ilk dəfə türklər yaşayan bölgələrin adət-ənənələri ilə bağlı festival keçiriləcək.

"DM" xəbər verir ki, bu barədə İranın mədəniyyət portalı olan "Teatr” saytı məlumat yayıb.

"İran türkdillilərinin milli-ənənəvi ritual festivalı” adlı mədəni tədbir Orfan Azad Teatr İnstitutunun himayəsi və Zəncan əyalətinin mədəniyyət qurumlarının dəstəyi ilə keçiriləcək.

30 yanvardan başlayaraq Zəncan şəhərində baş tutacaq festival iki mövzu əsasında – "Türk hekayə və lətifələrinə əsaslanan yerli-ənənəvi ritual sənətləri” və "Qədim yerli oyunları və türk ritualları" - keçiriləcək.