30 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Bayraqdar”ın istehsalçısı Azərbaycanda fəaliyyətə başlayır

26.12.2022

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bayraqdar Teknoloji Azərbaycan MMC-ni dövlət qeydiyyatına alıb.

Nazirlikdən verilən məlumata görə, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, nizamnamə kapitalı 1,7 milyon manat, qanuni təmsilçisi isə Türkiyənin "Baykar Makina” şirkətinin sahə koordinatoru Hüseyn Topuzdur.

Xatırladaq ki, "Baykar Makina” "Bayraqdar" pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə məşğuldur. Azərbaycan ordusunun 2020-ci ildəki Vətən Müharibəsində geniş tətbiq etdiyi bu PUA-ların yaradıcısı Səlcuq Bayraqdardır. O, həm də "Baykar Savunma” şirkətinin texniki direktorudur.