28 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiyadan Laçın yolu ilə bağlı açıqlama

26.12.2022

Laçın dəhlizi ətrafında vəziyyətin gərginləşməsi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzərində işi çətinləşdirir.

"DM" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

"Təbii ki, hazırda Laçın dəhlizi ətrafında vəziyyətin gərginləşməsi kimi hadisələr danışıqların, o cümlədən sülh müqaviləsi ilə bağlı fonu çətinləşdirməyə bilməz. Rusiya tərəfi vəziyyəti yerində həll etmək üçün səylər göstərir. Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolları üzrə birgə işlərin tezliklə bərpasına ümid edirik”, - Qaluzin bildirib.

Onun sözlərinə görə, indiki halda sənədin razılaşdırılması vaxtı o qədər də vacib deyil:

"Əsas odur ki, Bakı və İrəvan regionda sabit və ədalətli sülhə təminat verəcək qarşılıqlı məqbul həllə nail ola bilsinlər. Moskva Rusiya, Ermənistan və Azərbaycan liderlərinin oktyabrın 31-də Soçi sammitinin yekunlarına dair üçtərəfli bəyanatına uyğun olaraq danışıqlar prosesinə kömək etməyə hazırdır”.