28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Patriarx Kirill İlham Əliyevi təbrik edib

26.12.2022

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

"DM" xəbər verir ki, məktubda deyilir:

"Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz dövlət başçısı vəzifəsində çalışdığınız illər ərzində Azərbaycanın sosial-iqtisadi inkişafı və onun vətəndaşlarının rifahı üçün çox iş görmüsünüz. Ölkədə dinlərarası dialoqun dəstəklənməsinə, milli və mədəni müxtəlifliyin qorunub saxlanmasına yönələn səylərinizi də qeyd etmək istərdim.

Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyası ilə qarşılıqlı əlaqələrinin möhkəmlənməsinə verdiyiniz töhfəyə görə Sizə minnətdaram. Ümidvaram ki, bu cür əməkdaşlıq müasirlərimizin həyatında yüksək əxlaqi idealların təsdiqlənməsinə, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə, sülhün və ictimai həmrəyliyin dəstəklənməsinə bundan sonra da kömək edəcək.

Sizə möhkəm cansağlığı və ruh yüksəkliyi, Uca Yaradanın köməyini, doğma ölkənizin və həmvətənlərinizin rifahı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.