27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran bu gün Aİ-yə yeni sanksiyalar tətbiq edəcək

26.12.2022

İran bu gün Avropa İttifaqına qarşı yeni sanksiyalar tətbiq edəcək.

"DM"-nın  məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

O bildirib ki, İran İslam Respublikası bəzi ölkələrin, eləcə də Avropa İttifaqının qeyri-konstruktiv davranışlarını nəzərə alaraq çəkindirici tədbirlərdən istifadə edəcək.

"Bu gün də eyni çərçivədə Avropa İttifaqının bəzi şəxsləri və qurumlarına qarşı sanksiya tətbiq edəcəyik".

XİN rəsmisi sanksiyaların Böyük Britaniyaya qarşı da tətbiq ediləcəyini əlavə edib.

Nasir Kənani Qərbin İrana sanksiyaların ləğvi ilə bağlı razılığa gəlmək üçün imkanlar olduğunu söyləyib.

O bildirib ki, konstruktiv addımlar atılsa, sanksiyaların ləğvi ilə bağlı razılığa gəlmək şansı var.