28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Novak: Avropada qazın qiyməti yüksək qalacaq

26.12.2022

Avropada qazın qiyməti qıtlıq səbəbindən yüksək qalacaq və o 2021-ci ilin əvvəlindəki səviyyələrə (1 000 kubmetr üçün 200-250 dollar) qayıda bilməyəcək.

Bu barədə TASS-a müsahibəsində Rusiyanın baş nazirinin müavini Aleksandr Novak bildirib.

"Dinamikada çox şey bu qış havanın temperaturundan asılı olacaq, lakin qısa müddətdə onlar (qiymətlər – red.) qıtlıq səbəbindən yüksək olaraq qalacaq. Mən qiymətlərin 2021-ci ilin əvvəlindəki səviyyələrə - min kubmert üçün 200-250 dollara nəyin hesabına qayıda biləcəyini görmürən", - Aleksandr Novak qeyd edib.

Ümumiyyətlə, Aleksandr Novak enerji daşıyıcılarının qiymətləri ilə bağlı vəziyyəti son dərəcə qeyri-sabit (volatil) kimi qiymətləndirib və bu tendensiyanın 2023-cü ildə neft və qazın qiymətləri üzrə davam edəcəyini vurğulayıb.