01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Lavrov Paşinyanın sülhməramlılarla bağlı ittihamlarını əsassız adlandırıb

23.12.2022

Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin ünvanına səslənən ittihamlar əsassızdır.

"DM"xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında Ermənistan Baş naziri Nikol Paşinyanın "Rusiya sülhməramlıları üzərinə düşən öhdəlikləri yerinə yetirmir” ittihamına münasibət bildirərkən deyib.

"Kimsə düşünürsə ki, BMT, ATƏT, hansısa Minsk Qrupunun sülhməramlıları Qarabağda Rusiya sülhməramlılarını əvəz etməlidir, o zaman bu, tərəflərlə, ilk növbədə Azərbaycanla razılaşdırılmalıdır”, - Lavrov vurğulayıb.

Lavrov vurğulayıb ki, əgər Bakı və İrəvan Rusiya sülhməramlılarının xidmətlərindən imtina etmək istəsələr, danışıqlar masası arxasına oturub başqa variant haqqında düşünə bilərlər.