01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan XİN rəhbəri Ermənistana çağırış edib

23.12.2022

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistan tərəfinə çağırış edib.

"DM" xəbər verir ki, Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib ki, Ermənistan öz öhdəliklərini yerinə yetirmir.

Ceyhun Bayramov Ermənistana öz öhdəliklərinə ciddi yanaşmasına diar çağırış edib.

"Ermənistan daim iddia edib ki, danışıqlara hazırdır. Lakin danışıq aparmaq istəyən ölkə bizim ərazilərimizi işğal edərək orada bitib-tükənməz səngərlər, bunkerlər tikib, milyonlarla piyada əleyhinə və ondan bir az miqdarda tank əleyhinə mina basdırıb. Bir ölkə əgər münaqişəni danışıqlar yolu ilə həll etməyə həqiqətən də çalışırsa, 30 il ərzində ərazilərimizdə böyük hərbi təyinatlı işlər görməməli idi”, - XİN rəhbəri diqqətə çatdırıb.