02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistan bu görüşdən əvvəl Azərbaycana yeni təkliflər paketi təqdim edib

23.12.2022

"Biz demək olar ki, ən son məqamda danışıqların üçüncü raundunun baş tutmayacağından xəbər tutduq. Xatırladım ki, danışıqların ilk raundu oktyabr ayında Cenevrədə, ikinci raund isə noyabrda Vaşinqtonda baş tutub və üçüncü raundun Moskvada keçiriməsi planlaşdırılırdı”.

"DM" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Ermənistan tərəfi Moskvada planlaşdırılan görüşdən az əvvəl Bakıya yeni təkliflər paketi təqdim edib: "Amma biz Ermənistana bir ay bundan öncə təkliflər göndərmişdik. Ermənistan tərəfi təklifləri təqdim etdikdən sonra bəyan etdi ki, guya Azərbaycan görüşdən imtina edir və bununla da dezinformasiya yayaraq yanlış ictimai fikir yaratmağa çalışdı”.