29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

TÜRKSOY-un Baş katibi Azərbaycan Prezidentini təbrik edib

23.12.2022

TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Prezident.az xəbər verir ki, məktubda deyilir:

"Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Baş katibliyi, üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Zati-alinizin müdrik siyasəti sayəsində Azərbaycan türk dünyasında və beynəlxalq aləmdə aparıcı ölkə kimi tutduğu layiqli yerini davamlı olaraq inkişaf etdirməkdədir.

TÜRKSOY-un Daimi Şurasının qərarı ilə Azərbaycanın mədəniyyət beşiyi Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi və bununla əlaqədar Zati-alinizin xüsusi Sərəncamı ilboyu Azərbaycanda və digər üzv ölkələrimizdə keçirəcəyimiz tədbirlərlə türk xalqları arasında birlik və həmrəyliyin daha da genişlənməsinə öz töhfəsini verəcəkdir.

Fürsətdən istifadə edərək TÜRKSOY-un fəaliyyətinə göstərdiyiniz diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirir, bu əlamətdar gündə Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.