09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Telman İsmayılov Putinə müraciət edib?

24.10.2018

Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov Rusiya prezidenti Vladimir Putinə məktub yazmayıb. 
"Dövran Media"  xəbər verir ki, bununla bağlı RBK agentliyinə biznesmenin vəkili Marina Rusakova məlumat verib. 
"Xeyr, o, heç bir məktub yazmayıb. Bu, onun siyasi sığınacaq istəməsi ilə bağlı yayılan informasiyalar kimi, növbəti yalandır”, - o bildirib. 
Rusiyada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılov Rusiya prezidenti Vladimir Putinə məktub yazıb. O, məktubda bildirib ki, biznes üzrə keçmiş ortaqlarının qurbanı olub və onları korrupsiya əlaqələrində ittiham edib.
"Dövran Media"nın xəbərinə görə, bununla bağlı "Rosbalt” məlumat yayıb.
Nəşr bildirib ki, bu məktub Rusiya İstintaq Komitəsinin İsmayılova qarşı cinayətkar qruplaşmanın təşkili ittihamını irəli sürməyi planlaşdırması ilə bağlıdır. 
Hüquq-mühafizə orqanlarındakı mənbədən "Rosbalt”a verilən məlumata görə, Çerkizov bazarının sabiq sahibi Telman İsmayılov Rusiya prezident administrasiyasına məktub təqdim edib. 
Məktub 12 vərəqdən ibarətdir. Mənbənin sözlərinə görə, həmin məktubda İsmayılov Çerkizov bazarına qaçaqmal gətirən şəxslərin arxasındakı qüvvələri açıqlayıb. İş adamının sözlərinə görə, bazar bağlandıqdan sonra onun "kiçik” ortaqlarına bizneslərini davam etdirmək üçün başqa meydanlar təqdim edildi, özü isə heç nə əldə etmədi. 
Bundan başqa, İsmayılovun ehtimalına görə, keçmiş ortaqları əlaqələrinin köməyi ilə ona qarşı hücumlara başlayıblar. Daha sonra hüquq-mühafizə orqanları onu təqib etməyə başlayıb.
Nəticədə, biznesmen ölkəni tərk edib, daha sonra iki qətldə ittiham edilərək, axtarışa verilib. Məktubda o, cinayət hadisələri ilə heç bir əlaqəsinin olmadığını bildirib.