29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zakir Həsənov Türkiyədə “Qardaş yumruğu”ndan danışıb

23.12.2022

Bu il ərzində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə 20-dək hərbi təlimi keçirilib.

"DM" xəbər verir ki, bu barədə Report-a Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov məlumat verib.

Nazir qeyd edib ki, hər il sayı çoxalmaqla Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə tədbirləri həyata keçirilir:

"Xüsusi qeyd etmək istəyirəm ki, 2022-ci ildə bizim 20-dək Türkiyə Silahlı Qüvvələrilə birgə təlimlərimiz keçirilib. Son təlimimiz də "Qardaş yumruğu” idi. Bu təlimdə də Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığı və döyüş qabiliyyətinin bir daha yüksək səviyyədə olduğu nümayiş etdirildi".