29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan niyə rus bazasını çıxarır?

23.12.2022

Qərbin Nikol Paşinyanı Ermənistan hakimiyyətinə gətirmə səbəbi bu ölkəni Rusiyanın kurasiyasından çıxarmaq olub.

"DM" xəbər verir ki, bu barədə Ermənistan Respublikaçılar Partiyasının idarə heyətinin üzvü Eduard Şarmazanov danışıb.

"Paşinyanın qarşısında duran əsas missiya Rusiyanı Cənubi Qafqaz regionundan çıxarmaq, bu ölkənin hərbi bazalarının bağlanmasına nail olmaqdır. Sonradan Qərb Ermənistana Qarabağ məsələsi üzrə də müəyyən tələblər irəli sürüb. Qarabağ tam olaraq, Xankəndi də daxil olmaqla, Bakınin nəzarətinə veriləcək. Bir dənə güllə atılmadan. Paşinyan Qərbin dediklərinə heç nə edə bilməz - istəsə belə.

Bunu da demək vacib olardı ki, bu gün İrəvan hakimiyyətinin üz döndərdiyi Rusiya olmasa idi, Ermənistan adlanan dövlət də olmazdı. Əgər bizim hazırda əlimizdə nəsə varsa, Kremlin sayəsindədir”, - deyə o qeyd edib.