05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya Yunanıstanı hədələyib

22.12.2022

"Yunanıstan Rusiyanın "S-300” zenit-raket komplekslərini Kiyevə təhvil verəcəyi təqdirdə ağır nəticələrlə üzləşəcək”.

Bu barədə dekabrın 22-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Diplomat xəbərdarlıq edib ki, Kiyevə göndərilən bütün silahlar izlənəcək və Rusiya ordusu tərəfindən qanuni məhvetmə hədəfi kimi nəzərdən keçiriləcək.

"Çox gec olmadan təhlükəli planlardan imtina edə bilərsiniz. Bir daha Yunanıstan rəhbərliyini məsuliyyətlə bağlı xəbərdar edirik”, - deyə o, brifinqdə bildirib.

Xatırladaq ki, Yunanıstanın müdafiə naziri Nikos Panayotopulos dekabrın 16-da "S-300” sistemlərini Kiyevə təhvil verməyə hazır olduğunu bəyan edib.

Zaxarova həmçinin əlavə edib ki, "S-300” sistemlərinin Ukraynaya təhvil verilməsi Yunanıstanın hava hücumundan müdafiə qabiliyyətini zəiflədə bilər.

Mənbə: Lenta.ru