05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Talıbovsuz Ali Məclisdə son vəziyyət necədir? - VİDEO

22.12.2022

Baku TV-nin müxbiri Tural Müseyibov Naxçıvan Ali Məclisində olub.

Vasif Talıbovun vəzifələrini müvəqqəti icra edən, eyni zamanda, Naxçıvan Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov ilə görüşmək istəyən müxbiri Qəbul sektorunun müdiri Rəşad Əhmədov qarşılayıb.

O bildirib ki, hazırda Azər Zeynalov müsahibə verə bilməyəcək:

"Azər müəllim deyir ki, mən hazırda icraçıyam. Hazırda müsahibə verə bilməyəcəm. Başqa zaman qismət olsa, görüşərik”.

"Vasif Talıbovun istefasından sonra şikayətlər dinlənilir, yoxsa həmişə belə həyata keçirilirdi?” sualına sektor müdiri prosesin hər zaman eyni olduğunu qeyd edib:

"Bu proses həmişə belə olub. Öhdəsindən gəlmişik, ya gəlməmişik deyə bilmərəm, onu vətəndaşlarımız daha yaxşı cavab verər. Qəbul ancaq həmişə belə olub”.

Qaydaların, qadağaların dəyişilməsi ilə bağlı suala Rəşad Əhmədov işində dəyişikliyin olmamasını bildirib:

"Mənim işimdə hələ ki heç bir dəyişiklik yoxdur. Mən öz işimi icra edirəm”, - deyə o əlavə edib.