Azərbaycan-Bolqarıstan oyununun  NƏTİCƏSİ 
    
                          
     
                         24.10.2018
 
    
                        					Bolqarıstanın Sliven şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində yoldaşlıq oyunu keçirib.
Xəbər verildiyi kimi, Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilən oyunda 0:0 hesablı heç-heçə qeydə alınıb.
Xatırladaq ki, komandalar arasında növbəti oyun oktyabrın 25-də keçiriləcək.