28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenski: Ukraynaya gözəl xəbərlərlə qayıdıram

22.12.2022

Yaxşı, xüsusən də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı xoş xəbərlərlə geri qayıdıram.

"DM" xəbər verir ki, bu sözləri Ukrayna lideri Zelenski ABŞ Prezidenti Co Baydenlə birgə keçirdiyi mətbuat konfransında deyib.

"Bizim müdafiə imkanlarımızın qarşıdakı aylarda necə gücləndiriləcəyi ilə bağlı dəqiq anlayışımız var. Bu gün bu barədə ətraflı danışmaq istəmirəm, düşünürəm ki, bunun səbəbini başa düşürsünüz. Amma buna görə Prezident Baydenə çox minnətdaram”, - o bildirib.

Ukrayna lideri qeyd edib ki, Vaşinqtonda apardığı danışıqların əsas məqsədi ölkənin müdafiəsinin güclənməsidir:

"Evə gətirəcəyimiz gözəl xəbərimiz var. Prezident Bayden bu gün Ukrayna üçün təxminən 2 milyard dollarlıq yeni yardım paketini elan etdi və bu paketin ən güclü elementi - "Patriot” kompleksi bizim hava hücumundan müdafiəmizi əhəmiyyətli dərəcədə gücləndirəcək. Biz gələn ildən nə gözlədiyimiz və nəyə hazırlaşdığımız barədə ətraflı danışdıq. Bu, bütün ukraynalılar üçün vacibdir".

Zelenski vurğulayıb ki, Ukraynanın dağılmış infrastrukturunun, ilk növbədə enerjinin bərpası, Rusiyaya qarşı növbəti sanksiyalar və hüquqi təzyiqlər müzakirə edilib.