28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Naxçıvanda yeni yoxlamalar başlayıb

22.12.2022

Vasif Talıbov istefasından sonra Naxçıvanda yeni yoxlamalara start verilib.

"DM" xəbər verir ki, bu barədə Ovqat.com məlumat yayıb.

Bildirilib ki, hazırda Naxçıvan MR Maliyyə Nazirliyində təftiş gedir:

"Bakıdan gələn müfəttişlər MR Maliyyə Nazirliyinin xəzinə şöbəsində ciddi nöqsanlar aşkarlayıblar. Araşdırma sabiq maliyyə naziri, indiki Baş nazir Səbuhi Məmmədovdan da yan keçməyəcək.

Naxçıvan Muxtar Respublikasının maliyyə nazirinin müavini Həsən Bayram oğlu İsmayılovun da fəaliyyətində ciddi qüsurlar ortaya çıxıb.

Müəyyən olunub ki, nazirlik əməkdaşları mağaza sahibləri ilə qabaqcadan əlbir olub onlardan nağd pul alır və deyirmişlər ki, malların qiymətini necə istəyirsiniz, rəsmiləşdirin. Biz də sizin saxta göstəricilərinizi qeydə alaq”.