02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mehriban Xanlarova "Vandama" görə efirdən qovuldu - VİDEO

23.10.2018

ARB-də yayımlanan "Canım sizə desin” verilişinin aparıcısı, əməkdar artist Mehriban Xanlarova efirdən uzaqlaşdırılıb.
"Dövran Media" xəbər verir ki, bu barədə BAXCP sədrinin müavini, ictimai fəal Niyaməddin Orduxanlı məlumat yayıb.
Qeyd edək ki, bir müddət əvvəl "Azəri Vandamm” olduğunu iddia edən şəxsin efirə dəvəti və canlı yayımda yaşananlar geniş ictimai müzakirəyə səbəb olmuş və kəskin tənqid edilmişdi.
***
Efirdən uzaqlaşdırılması ilə bağlı danışan aktrisa bildirib ki, hadisədən sarsıntı keçirib.
"Əsəbdən partlayıram. Bilmirəm, bunlar məndən nə istəyir. Şou veriliş idi, formata uyğun hərəkət etmişəm. Məni o həddə çatdırıblar ki, canım qədər sevdiyim Azərbaycandan getmək istəyirəm. Küçədə üzümə söz deyə bilməyən insanlar arxamca ağızlarına gələni danışıb, təhqirlər səsləndirirlər. "Təhminə və Zaur" serialında çəkilirəm. Belə çıxır ki, orada dodağım kişinin dodağına dəysə, bu camaat məni topa tutar ki, mentalitet var. Axı mən aktrisayam. Niyə çörəyə bais olurlar? Onda qazın qəbrimi, məni diri-diri basdırın”.