28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İTS üzrə xidmətlərdə bəzi xəstəliklər üçün limit artırılacaq

21.12.2022

Gələn ildən icbari tibbi sığorta üzrə xidmətlərdə bəzi xəstəliklər üçün limit artırılacaq.

"DM" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova deyib.

O qeyd edib ki, hazırda bir sıra xəstəliklər üzrə limit mövcuddur:

"Hazırda fizioterapiya xidmətləri 26 növdədir. İl ərzində isə 10 prosedur pulsuzdur. Koxlear implantasiya üzrə 300 əməliyyat, oynaqdaxili endroprotezlərin yerləşdirilməsi üzrə 300 əməliyyat limiti mövcuddur. Növbəti ildə bu rəqəmin oynaqdaxili əməliyyatlar üçün 1200 olacağı gözlənir. Çünki bura müraciət sayı çoxdur".