28 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənilər kütləvi surətdə Bakıya zəng edir

21.12.2022

Yaradılan "Qaynar xətt”ə bugünədək 300-ə qədər müraciət daxil olub. Bu müraciətlərin hamısı kömək edilməsi məqsədilə olmayıb.

Bu sözləri  D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnu Müdafiə Cəmiyyətinin əməkdaşı Dilarə Əfəndiyeva Xankəndi və ətrafında məskunlaşan erməni icması üçün yaradılan "Qaynar xətt”ə daxil olan müraciətlər haqda danışarkən deyib.

O bildirib ki, ilk günlər müraciətlər çox idi:

"Bu müraciət üsulu ermənilərin maraqlarına zidd olduğundan orada çox da yaxşı qəbul olunmadı. Ermənistan bizim Qarabağdakı ermənilərə kömək etməyimizi istəmir. İrəvandakılar Xankəndidəki ermənilərin blokada altında qalması ilə bağlı rəy yaratmaqda maraqlıdırlar”.

D.Əfəndiyeva qeyd edib ki, ermənilər zəng etdikləri zaman müraciət etdikləri üçün qorxduqlarını da deyirdilər:

"Əgər xəstə, dərman çatışmazlığı varsa, həll etməyə, hansısa sadə erməninin müalicəsi üçün Azərbaycanın digər xəstəxanalarına yerləşdirməyə, hətta Ermənistana getməsinə dəstək ola bilərik”