29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir: Gələn il Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

21.12.2022

"Azərbaycanın cəlb etdiyi idmançılar ölkəmizdə şərait olmadığı üçün xaricdə məşq edirlər”.

Bunu  gənclər və idman naziri Fərid Qayıbov bildirib.

Nazir deyib ki, Qusarda, Qəbələdə və Naxçıvanda komplekslər var.

"Düzdür, daha çox turizm məqsədi ilə istifadə olunur, ancaq həmin yerlərdə məşqlər də etmək olar. Biz müvafiq federasiya ilə danışmışıq, artıq bu işlərə başlayıblar, ilkin addımlar atılır. Mən də ilk dəfə bu il Qış Olimpiya Oyunlarında iştirak etdim. Təbii ki, həm nazir, həm bir vətəndaş kimi qış idman növlərinin Azərbaycanda inkişaf etməsini istərdim. Biz hazırda bu barədə düşünürük. Danışıqlar gedir və ola bilsin ki, yeni ilin ilk aylarında Bakıda qapalı buz meydançası istifadəyə veriləcək”, - Fərid Qayıbov qeyd edib.