29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zakir Həsənov gürcüstanlı həmkarı ilə görüşüb

21.12.2022

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 21-də Türkiyənin Kayseri şəhərində Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

İkitərəfli görüşdə ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyi qeyd edilib, ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyi bildirilib.

Tərəflər Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini xüsusi vurğulayıblar.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif sahələri üzrə ətraflı fikir mübadiləsi aparılıb, regional təhlükəzislik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.