29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Medvedyev Szinpinlə Pekində danışıqlar aparıb

21.12.2022

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Pekində Çin Xalq Respublikasının sədri Si Szinpinlə görüşüb.

"DM" xəbər verir ki, səfər Çin Kommunist Partiyasının dəvəti ilə baş tutub.

"Biz iki hakim partiya - Çin Kommunist Partiyası və Vahid Rusiya arasında qarşılıqlı fəaliyyət, ikitərəfli əməkdaşlıq məsələlərini, Çin ilə bütün sahələrdə, o cümlədən iqtisadiyyatda, sənaye əməkdaşlığında strateji tərəfdaşlığımızı müzakirə etdik. Beynəlxalq məsələləri, xüsusilə də Ukraynadakı münaqişə də əsas müzakirə predmeti idi”, - Medvedyev Teleqram kanalında deyib.

O qeyd edib ki, danışıqlar çox faydalı keçib.