28 04 2024-cu il Bakı 25 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Mehriban Əliyeva Ömər Eldarovla bağlı paylaşım edib

21.12.2022

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram hesabında xalq rəssamı, heykəltəraş Ömər Eldarovun 95 illik yubileyi ilə bağlı paylaşım edib.

"DM" xəbər verir ki, paylaşımda deyilir:

"Hörmətli Ömər Eldarov! Sizi 95 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram! Öz yaradıcılığınızla milli təsviri incəsənətin gözəl ənənələrini zənginləşdirdiyinizə görə çox sağ olun! Siz Azərbaycanın yüksək mükafatlarına layiq görülmüsünüz. Lakin düşünürəm ki, ən böyük mükafatınız xalqımızın Sizə olan böyük sevgi və hörmətidir. Uca Allah Sizi və doğmalarınızı qorusun! Dərin hörmət və sevgilərlə, MEHRİBAN".