Serj Sarkisyan və qızları Antikorrupsiya Məhkəməsinə çağırılıb  
    
                          
     
                         21.12.2022
 
    
                        Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və qızları Anuş və Satenik Sarksiyan Antikorrupsiya Məhkəməsinə çağırılıb.
"DM" "Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlar qanunsuz varlanmada, həmçinin, əmlaklarını bəyannamədə qeyd etməməkdə ittiham olunurlar.
Antikorrupsiya Məhkəməsinin ilk iclası 2023-cü il yanvarın 19-da keçiriləcək. İttiham olunan tərəfin məhkəmə iclasına gəlməməsinin iclasın keçirilməsinə mane olmayacağı da vurğulanıb.