Yaponlar işçilərə "yuxu pulu" da   ÖDƏYƏCƏK 
    
                          
     
                         23.10.2018
 
    
                        Yaponiyanın CRAZY şirkətinin işçilərinə yuxularını düzgün idarə edəcəyi halda onlara daha çox pul ödəcəyini bildirib.
Bu barədə şirkət yerli mətbuata açıqlamasında bildirib.
Yeni yaradılan sistemin qaydalarına görə, bir işçi 5 iş günü ərzində 6 saatdan çox yuxu yatarsa, ona maaşından əlavə ödəniş də veriləcək. Ay ərzində davamlı olaraq sağlam yaşam tərzinə diqqət edəcək şəxs ballar sayəsində qazanc əldə edəcək. Bir aya 1 000 bal topalayacaq işçi, 5 min yen (50 dollar) qazanacaq.