Sabiq başçı azadlığa buraxılıb 
    
                          
     
                         20.12.2022
 
    
                        Bu il oktyabrın 1-də Polşada saxlanılan Qubadlı rayonunun sabiq icra başçısı Elxan Nuriyev azadlığa buraxılıb.
"DM" xəbər verir ki, bu barədə siyasətçi Qubad İbadoğlu məlumat yayıb.
O bildirib ki, Elxan Nuriyev Polşa məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.