29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Miqrasiya işçilərinin məzuniyyət müavinəti ilə bağlı qanun təsdiqlənib

20.12.2022

"Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilib.

"DM" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.

Dəyişikliklə miqrasiya orqanlarının işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvlərinin tibbi təminatı "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Buna qədər Miqrasiya orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurdular. Miqrasiya orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilirdi.

Sənədlə məzuniyyətə çıxarkən miqrasiya orqanlarının işçilərinə ödənilən iki aylıq əməkhaqqı həcmində müavinət ləğv edilir.

Bundan başqa, miqrasiya orqanlarının işçiləri hər ay vəzifə maaşlarının 1,1 misli məbləğində vəzifə maaşına əlavə alırlar. Dəyişiklikdən əvvəl, miqrasiya orqanlarının işçilərinə hər il onların aylıq əməkhaqqının ikiqat həcmində maddi yardım göstərilə bilərdi.