29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan XİN-dən Ermənistana cavab

20.12.2022

"Ermənistan Xarici İşlər Nazirliyi Laçın yolu ilə bağlı yalan narrativləri davam etdirir”.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə özünün "Twitter” səhifəsində belə yazıb.

O bildirib ki, Ermənistan XİN Laçın yolunun blokadası və Qarabağda yaşayan ermənilərin sayı barədə yalan məlumatlar yaymağa davam edir.

"Ancaq sosial şəbəkələrdə yayılan çoxsaylı videogörüntülərdə aydın görünür ki, avtomobillər Laçın yolundan sərbəst keçir”, - deyə o qeyd edib.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı ekofəallar, QHT nümayəndələri, ictmai-siyasi fəallar Şuşa-Xankəndi yolunda aksiya keçirirlər.

Ermənistan XİN isə bəyan edib ki, ekoaktivistlər Laçın yolunu bağlayıb və 120 min erməni humanitar böhranla üz-üzə qalıb.