04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda davada öldürülən 18 yaşlı Nemətin təsirli VİDEOSU

20.12.2022

Dekabrın 19-na keçən gecə Xətai rayonu ərazisində kütləvi davada öldürülən 2004-cü il təvəllüdlü Nemət Həsənov orta məktəbi bu il bitiribmiş.

"Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə onun "Son zəng”də çəkdiyi təsirli görüntüləri yayılıb. Həmin videoda 18 yaşlı oğlan kövrələrək dostlarını unutmayacağını bildirib.

Həmin videonu təqdim edirik:


Qeyd edək ki, hadisə Xətai rayonu, "NZS qəsəbəsi” adlanan ərazidə, Mingəçevir küçəsində baş verib. Gecə saatlarında 2005-ci il təvəllüdlü Əhmədli Fərid Möhübbət oğlu 2004-cü il təvəllüdlü Nemət Elşən oğlu Həsənov və 2005-ci il təvəllüdlü Orxan Hüseynovu bıçaqlayıb, 2005-ci il təvəllüdlü Xalid Nəbiyevə isə küt alətlə xəsarət yetirib.

Döş qəfəsindən ağır yaralanan Nemət vəfat edib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb. F.Əhmədli həbs edilib.