Ərdoğandan  İlham Əliyevə TƏŞƏKKÜR 
    
                          
     
                         23.10.2018
 
    
                        					Bu investisiyanın həyata keçirilməsi məsələsində dostum cənab İlham Əliyevə şəxsim və millətim adına təşəkkür edirəm.
"Dövran Media" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında çıxışı zamanı deyib.
"İzmir şəhərində açılışı olan "Star” zavodunun xeyirli olmasını diləyirəm. Ən böyük neft zavodlarından biri kimi fəaliyyət göstərəcək bu zavodla cari kəsirimizi də 1.5 milyard dollar azaldacağıq. Bu layihə bütövlükdə götürüldükdə Azərbaycanın Türkiyəyə qoyduğu 10 milyardlıq investisiya layihəsidir”, - Ərdoğan bildirib.