03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ceyhun Bayramov Səudiyyə Ərəbistanının investisiya naziri ilə görüşüb

19.12.2022

19 dekabr tarixində xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

XİN-dən verilən xəbərə görə, görüşdə ikitərəfli münasibətlərin inkişafının yüksək səviyyədə olduğunu vurğulanaraq, iqtisadi-ticari, investisiya, kənd təsərrüfatı, energetika, alternativ enerji resurslarının inkişafı və digər sahələrdə geniş əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın dost Səudiyyə Ərəbistanı ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb. Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq formatlarda da faydalı əməkdaşlığın mövcud olduğunu bildirən nazir Ceyhun Bayramov, bir sıra təşkilatlar çərçivəsində iki ölkənin bir-birinə qarşılıqlı dəstəyi davam etdirdiyini söyləyib. Səudiyyə Ərəbistanının, xüsusilə də BMT və İƏT çərçivəsində ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə verdiyi dəstəyi və ədalətli mövqeyini yüksək qiymətləndirdiyi bildirilib.

Nazir iqtisadi əməkdaşlığın prioritet istiqamətləri kimi enerji, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıq imkanlarını qeyd edib, həmçinin alternativ enerji, xüsusilə külək enerjisinin inkişafı üçün ölkəmizin böyük potensiala malik olduğunu vurğulayıb. Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın iclasının uğurla keçdiyi və iki ölkə arasında biznes forumlarının əhəmiyyəti qeyd edilib.

İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri və bu istiqamətdə Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq imkanları barədə müzakirə aparılıb.

Səudiyyə Ərəbistanı investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər zamanı görülən işləri və qazanılan nailiyyətləri təqdir edib. Səudiyyə Ərəbistanında ölkəmizdə energetika, xüsusilə "yaşıl energetika”, kənd təsərrüfatı, eko-turizm kimi sahələrə sərmayə yatırmağa maraqlı olan investorların olduğunu qeyd edən nazir Səudiyyə Ərəbistanının bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb.

Görüşdə tərəflər, həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər və regional səviyyədə baş verən proseslər ətrafında fikir mübadiləsi aparıb.