28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda həbsxanada üsyan baş verib

19.12.2022

Mazandaranın Qaimşəhr həbsxanasında eyni kameradakı məhbuslar arasında başlayan münaqişə üsyana çevrilib.

"DM" xəbər verir ki, bu barədə Mazandaranın baş hakimi Məhəmməd Sadiq Əkbəri məlumat verib.

O, həbsxanada baş verən və təhlükəsizlik qüvvələri tərəfindən yatırılan hadisəni "münaqişə və qıcolma” adlandırıb.

Əkbəri münaqişədə ölən və yaralananların sayı barədə məlumat verməyib. Sosial media istifadəçiləri çoxsayda yanğınsöndürən, təcili yardım maşınları və uniformalı qüvvələrin həbsxananın qarşısına yerləşdirildiyini bildirib.

Qeyd edək ki, İranın müxtəlif şəhərlərindəki həbsxanalarda çoxlu sayda məhbus etiraz aksiyaları keçirir. Məlumatlara görə, keçmiş hadisələrdə, o cümlədən Evin həbsxanasındakı yanğın nəticəsində yaralananların çoxunun əsas tibb müəssisələrinə girişi qadağan edilib və onların vəziyyəti ağırdır.