25 08 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Bəxtiyar Hacıyev aclıq aksiyasına davam edir

19.12.2022

İctimai fəal Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırmayıb.

"DM" Yenipress.az-a istinadla xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc deyib.

O bildirib ki, bu gün səhər saatlarında müvəkkili ilə görüşüb:

"Bəxtiyar Hacıyev qəti olaraq aclıq aksiyasını dayandırması xəbərini təkzib etdi. Dedi ki, mətbuatda gedən informasiyalar reallığı əks etdirmir”.

A.Layıcın sözlərinə görə, B.Hacıyevə aclığı dayandırması ilə bağlı təkid etsə də, o bundan imtina edib.

Qeyd edək ki, ötən gün B.Hacıyevin aclığı dayandırdığı barədə məlumat yayılmışdı.

B.Hacıyev barəsində çıxarılan 1 ay 20 günlük həbsə və cinayət işinə etiraz olaraq sulu aclıq aksiyası keçirir.