28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İki yatağımızdan bir ildə 45 milyard talanıb

19.12.2022

Azərbaycan Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdəki yataqlara nəzarəti bərpa edə bilərsə, separatçı-terrorçu rejim ciddi gəlir itkisinə məruz qalacaq: Xankəndi yolundakı aksiyasının hədəflərindən biri də buna nail olmaqdır.

Sülhməramlıların müvəqqəti nəzarətindəki ərazilərdə qalan "Dəmirli” və "Qızılbulaq” yataqları "Vallex Group”un 2001-ci ildə yaratdığı "Base Metals” şirkəti tərəfindən istismar edilir. Müharibədən əvvəl bu yataqların istismarı nəticəsində separatçıların əldə etdiyi illik gəlir 18,7 milyard dram – "büdcə”lərinin 1/3 hissəsi olub. Müharibədən sonra isə qızıl və əlvan metalların dünya bazarında qiymətinin artması nəticəsində bu gəlirlər 45 milyard drama çatıb – "büdcə”lərinin 2/3 hissəsi.

Erməni mənbələr "Qızılbulaq” yatağında qızıl və əlvan metalların tamamilə tükəndiyini yazır. "Dəmirli”dən çıxarılan metallar "Qızılbulaq” kombinatında emal edilir.

Bu yataqlara nəzarət edə bilsək, separatçı-terrorçu rejim əsas gəlirdən məhrum olacaq və rejimin "sağ qalması”nı daha da çətinləşdirəcək.