28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabah hava necə olacaq?

19.12.2022

Bakıda və Abşeron yarımadasında dekabrın 20-də havanın gün ərzində arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun anomal gedişi gözlənilir, gecə 8°-dək isti, gündüz 5°-dək isti, Bakıda gecə 8°-dək isti, gündüz 5°-dək isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında sabah havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 5-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.