27 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyev fərman imzalayıb

19.12.2022

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

"DM" fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 215 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1501, № 11, maddə 2275; 2019, № 6, maddə 1049; 2020, № 2, maddə 96; 2022, № 8, maddə 871) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”nin 4.3-cü bəndinin ikinci cümləsində "– Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini - İdarə Heyətinin sədrindən (bundan sonra - İdarə Heyətinin sədri)” sözləri "- İdarə Heyətinin sədrindən” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.