28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Cinayət Məcəlləsinə “ekosid” adlı yeni maddə əlavə edilməsi təklif olunur

19.12.2022

Azərbaycan Respublikası Vəkillər Kollegiyası Cinayət Məcəlləsinə "ekosid” adlı yeni maddə əlavə olunmasını təklif edir.

Bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin dekabrın 16-da keçirilən iclasında müzakirə aparılıb.

Kollegiyanın cinayət sahəsi üzrə işçi qrupunun rəhbəri İlhamə Həsənova mövzu barədə məruzə ilə çıxış edib.

Təklifə əsasən, flora və ya faunanın kütləvi şəkildə məhv edilməsi, atmosferə, torpaq və ya su ehtiyatlarına mühüm ziyan vurulması, habelə ekoloji fəlakətə səbəb olan və ya səbəb ola biləcək digər hərəkətlər cinayət məsuliyyəti hesab olunmalıdır.

Bildirilib ki, bu sahədə beynəlxalq təcrübə də var. Belə ki, bir sıra ölkələrin qanunvericiliklərində ekosidə görə cəzalar nəzərdə tutulur.

Sonra Rəyasət Heyəti təkliflə bağlı parlamentə müraciət etməyi qərara alıb.

Xatırladaq ki, 2022-ci ilin 3-7 dekabr tarixlərində Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Bundan sonra Şuşa ərazisində, Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə etiraz aksiyasına başlayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

Ekofəalların aksiyası bir həftədən çoxdur ki, davam edir.